Bank Of Baku

Azərbaycan Milli Məclisi FHN-in bir neçə medalının təsdiq edilməsi haqqında qanun layihəsi təsdiqləyib

Azərbaycan Milli Məclisi FHN-in bir neçə medalının təsdiq edilməsi haqqında qanun layihəsi təsdiqləyib
# 22 oktyabr 2010 11:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Fövqəladə Hallar Nazirliyinin bir neçə medalının təsdiq edilməsi haqqında qanun layihəsi təsdiq edilib. APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov çıxışında bildirib ki, deputatların müzakirəsinə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalının, ”Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” medalların təsis edilməsi haqqında qanun layihəsi təqdim olunub. Bu medallardan ikisi üç dərəcəlidir və bütün medallarda Azərbaycanın dövlət rəmzləri əks olunub.

Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR