Bank Of Baku

Mahmud Kərimov: “Quba məzarlığındakı problemlərin aradan qaldırılması üçün hökumət səviyyəsində tədbirlər görüləcək”

Mahmud Kərimov: “Quba məzarlığındakı problemlərin aradan qaldırılması üçün hökumət səviyyəsində tədbirlər görüləcək”
# 01 noyabr 2010 09:44 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.

AMEA prezidenti bildirib ki, Quba məzarlığının həm konservasiyası, həm mühafizəsi, həm də qorunması işlərini əhatə edən vahid bir proqram qəbul olunub: “Bizim Arxeologiya İnstitutunun nümayəndələri orada həyata keçirilən işlərdə daim iştirak edirlər, vəziyyətlə daim maraqlanırlar. Problem yerli İcra Hakimiyyətinin də nəzarətindədir və təbii ki, hökumət tərəfindən də nəzarət olunur”.

Qeyd edək ki, Quba məzarlığındakı sonuncu quyu çatlayıb, onun içindəki sümüklər isə parçalanmağa başlayıb. Məzarlıqdakı ilk quyu da 2007-2008-ci ildə uçub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR