Bank Of Baku

Prezident İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb
# 02 noyabr 2010 17:20 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının uğurlu yerinə yetirilməsi sahəsində ölkənin bütün bölgələrində, o cümlədən Sabirabad rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib. Bununla belə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması zamanı rayonun bəzi kəndlərarası avtomobil yolları daha intensiv şəkildə istismar olunaraq ciddi dağıntılara məruz qalıb. 34 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Sabirabad-Qasımbəyli-Narlıq-Qaradaşlı yolu istifadəyə yararsız vəziyyətə düşüb. Sərəncama əsasən, yuxarıda göstərilən avtomobil yolunun yenidən qurulması işlərinin başlanmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin Ehtiyat Fondundan Sabirabad-Qasımbəyli-Narlıq-Qaradaşlı avtomobil yolunun yenidən qurulması məqsədi ilə Sabirabad rayon icra hakimiyyətinə ilkin olaraq 1,5 milyon manat məbləğində vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR