Bank Of Baku

Prezident Administrasiyasının rəhbəri: “Azərbaycan hakimiyyəti ərazilərinin işğalına son qoyulmasına səy göstərir”

Prezident Administrasiyasının rəhbəri: “Azərbaycan hakimiyyəti ərazilərinin işğalına son qoyulmasına səy göstərir”
# 04 noyabr 2010 09:17 (UTC +04:00)
Lakin müharibə vasitəsilə qonşu dövlətin ərazilərimizin işğalına hələ də son qoyulmayıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. Bu işğala son qoyulmalıdır. Azərbaycan hakimiyyəti buna səy göstərir”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev BMT İnkişaf Proqramının “Millətlərin həqiqi sərvəti: İnsan inkişafına aparan yollar” adlı 2010-cu il İnsan İnkişafı Hesabatının təqdimatı mərasimində çıxışında bildirib.

R. Mehdiyev deyib ki, Azərbaycan hökuməti işğala son qoymaq üçün səylər göstərməklə yanaşı, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində də işlər aparır: “Ermənistan beynəlxalq hüquq normalarını və prinsipləri kobud şəkildə pozur. Dağlıq Qarabağ heç vaxt ermənilərin ərazisi olmayıb. Bura Qafqaz albanlarının yaşadığı ərazi olub. Ermənilərin Qarabağa verdikləri Artsax adı Zərdüştlükdə də var. Hətta sonradan Qafqaz Albaniyasında xristianlıq yayılarkən ölkənin əsas xristian məbədlərindən biri də Qarabağda yerləşib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR