Bank Of Baku

Naxçıvan Ali Məclisinə 45 seçki dairəsi üzrə 140 nəfərin namizədliyi qeydə alınıb

Naxçıvan Ali Məclisinə 45 seçki dairəsi üzrə 140 nəfərin namizədliyi qeydə alınıb
# 05 noyabr 2010 08:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Dördüncü Çağırış Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinə təyin edilmiş seçkilərdə 45 seçki dairəsi üzrə 140 nəfərin namizədliyi qeydə alınıb. APA-nın Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, 5 seçki dairəsindən 4 nəfər, qalan 40 seçki dairəsinin isə hərəsindən 3 nəfər namizədliyini irəli sürüb. Namizədlərdən 139-u öz təşəbbüsü ilə namizəd olub, yalnız 18 saylı Nehrəm Seçki Dairəsindən bir nəfər AXCP üzvünün namizədliyi təmsil olunduğu partiya tərəfindən irəli sürülüb.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov namizədliyini öz təşəbbüsü ilə 7 saylı Aralıq Seçki Dairəsindən irəli sürüb. Ümumilikdə isə Naxçıvan MR Ali Məclisinə keçirilən seçkilərdə 5 partiyanın – Yeni Azərbaycan Partiyası (YAP), AXCP, BAXCP, Böyük Quruluş Partiyası və Ümid Partiyasının qeydə alınmış namizədləri iştirak edir. Qeydə alınmış namizədlər üzrə say çoxluğu YAP-a məxsusdur. Sonrakı yeri bitərəflər tutur.
Naxçıvan MR Ali Məclis üzvlüyünə qeydə alınmış namizədlərdən ən yaşlısının 70 (39 saylı Ərəzin Seçki Dairəsi), ən gəncinin isə 25 yaşı (10 saylı Şərur Seçki Dairəsi) var.
Naxçıvan MR Ali Məclisinə seçkilər Azərbaycan Milli Məclisinə (MM) seçkilərlə eyni gündə – noyabrın 7-də keçiriləcək. Naxçıvan MR-dən Azərbaycan MM-ə seçiləcək millət vəkillərinin sayı isə 7-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR