Bank Of Baku

Azərbaycan prezidenti əhaliyə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti əhaliyə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb
# 05 noyabr 2010 17:03 (UTC +04:00)
Prezidentin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Ağdaş və Şəki şəhərlərində inşa olunan 100 çarpayılıq xəstəxanaların tikintisinin sürətləndirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 2,0 (iki) milyon manat (hər bir xəstəxana üçün 1,0 milyon manat) vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR