Bank Of Baku

Azərbaycan prezidenti akademik Şəfaət Mehdiyevin yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti akademik Şəfaət Mehdiyevin  yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 08 noyabr 2010 17:57 (UTC +04:00)
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir: “2010-cu ilin dekabr ayında görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycanda neft geologiyası elminin inkişafı sahəsində mühüm xidmətlərini və zəngin pedaqoji fəaliyyətini nəzərə alaraq, Şəfaət Mehdiyevin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Azərbaycan Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR