Bank Of Baku

Masallıda Bayraq meydanının açılışı olub

Masallıda Bayraq meydanının açılışı olub
# 09 noyabr 2010 06:49 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, minlərlə rayon sakininin toplaşdığı mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bütün masallıları Dövlət Bayrağı Günü və yeni meydanın açılışı münasibətilə təbrik edib.

Bayram münasibətilə düzənlənən tədbirdə incəsənət ustalarının ifasında azərbaycançılığı, dövlətçiliyi, vətənpərvərliyi tərənnüm edən mahnılar, kompozisiyalar səslənib. Daha sonra dövlət himninin sədaları altında sütununun hündürlüyü 34, bayrağının eni 6, uzunluğu 12 metr olan təşkil edən üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

Qeyd edək ki, Bayraq meydanda Azərbaycanın bütün dövlət rəmzləri - himni, gerbi və xəritəsi təsvirini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR