Bank Of Baku

Fuad Muradov: “Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızı xalqımız heç vaxt unutmayacaq” – FOTO

Fuad Muradov: “Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızı xalqımız heç vaxt unutmayacaq” – <font color=red>FOTO </font>
# 10 noyabr 2010 13:01 (UTC +04:00)
Bakı – APA. Gənclər Təşkilatı Milli Şurasının sədri Fuad Muradov və təşkilatın kollektivi Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edib. Təşkilatdan APA-ya verilən məlumata görə, H. Əliyevin xatirəsi ehtiramla yad edilib və məzarı üzərinə tər güllər düzülüb. Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarı da ziyarət edilib. Sonra Milli Qəhrəman Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun məzarları ziyarət olunub və şəhidlərin ruhuna dualar oxunub.

Fuad Muradov jurnalistlərə açıqlamasında bildirib ki, Mübariz İbrahimov öz əməli ilə Azərbaycan xalqının istənilən an düşmən üzərində qələbə qazana biləcəyini sübut edib: “Amma biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. Diplomatik sahədə qazanılan uğurlar göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək”.

Mübariz İbrahimovdan sonra Fərid Əhmədov və Əhməd Abdullayevin də şücaət göstərərək şəhid olduğunu diqqətə çatdıran F. Muradov bəyan edib ki, vətən uğrunda canını fəda edən qəhrəmanlar heç vaxt unudulmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR