Bank Of Baku

Atatürkə həsr olunmuş “Dünyanın itirdiyi böyük insan” kitabının təqdimatı keçirilib - FOTO

Atatürkə həsr olunmuş “Dünyanın itirdiyi böyük insan” kitabının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 10 noyabr 2010 15:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Xəzər Universitetində millət vəkili Qənirə Paşayevanın müəllifliyi ilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürkə həsr olunmuş “Dünyanın itirdiyi böyük insan” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Türkiyə səfirliyinin, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təmsilçilərinin, ziyalıların iştirak etdiyi mərasim Atatürkün həyat və yaradıcılığını əks etdirən qısametrajlı sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edən Xəzər Universitetinin İdarə Heyətinin sədri Hamlet İsaxanlı bildirib ki, Atatürk haqqında kitabın təqdimat mərasiminin onun anım günündə keçirilməsi Qənirə Paşayevanın təşəbbüsü olub. H. İsaxanlı Atatürkün gənclik illəri ilə bağlı bəzi maraqlı məqamları diqqətə çatdırıb. Kitabın müəllifi Qənirə Paşayeva sayca 6-cı nəşri barədə məlumat verərək kitabda bir çox mətbuat orqanında işıq üzü görən Atatürk haqqında silsilə məqalələrinin yer aldığını söyləyib: “Təəssüf ki, son vaxtlar kitab oxumağa meyl azalıb. Xüsusən kütlə tərəfindən kitab oxunmur. Ona görə də daha sadə dildə tanıtmaq məqsədilə Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalının redaktəsi ilə bu kitab ortaya çıxıb”.

Q. Paşayeva əlavə edib ki, kitabın adı ona görə “Dünyanın itirdiyi böyük insan” adlandırılıb ki, Atatürkün vəfatı, yalnız şərq, türk aləminin yox, bütün dünyanın itkisidir: “Hesab edirəm ki, Atatürkü tək anmaq yox, həm də anlamaq lazımdır. Onun bizə, bütün gəncliyə anlatmaq istədikləri dünən, bu gün, sabah da aktualdır. Bu nəşri də gəncliyə ünvanlanan bir kitabça hesab etmək olar”.

Millət vəkili onu da qeyd edib ki, kitab məktəblərə, universitetlərə, kitabxanalara və hərbi hissələrə pulsuz paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR