Bank Of Baku

Azərbaycan alimləri II Beynəlxalq Qafqazşünaslıq Konqresində iştirak edirlər

Azərbaycan alimləri II Beynəlxalq Qafqazşünaslıq Konqresində iştirak edirlər
# 11 noyabr 2010 01:22 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında dördgünlük II Beynəlxalq Qafqazşünaslıq Konqresi öz işinə davam edir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir İvane Cavaxişvili adına TDU-nun humanitar elmlər fakültəsi və Qafqazşünaslıq İnstitutu və Arnold Çikobava adına Dillər İnstitutunun təşkilatçılığı ilə həyata keçirilir. Məlumata görə, konqresi TDU-nun rektor əvəzi Aleksandr Kvitaşvili açıb. Sonra TDU-nun qafqazşünaslıq fakültəsinin müəllimi Tsira Baramidze giriş sözü ilə çıxış edib. Tədbirdə Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin və Azərbaycan MEA-nın etnoqrafiya və arxeologiya institutundan tarix elmləri doktoru, arxeoloq Tufan Axundov çıxış edərək tədbir iştirakçılarını salamlayıblar. Konqresdə 220 məruzə dinlənilməyi planlaşdırılıb.

Tədbirdə Azərbaycan alimlərindən Tufan Axundov (Azərbaycan MEA), Məlahət Babayeva (Azərbaycan DPU) və digər alimlər müxtəlif mövzularda elmi məruzələrlə çıxış edəcəklər.

Tədbirə Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya, Avropa, Asiya və Amerika ölkələrindən alimlər qatılıb.

Tədbir təşkilatçılarından olan Tsira Baramidze APA-ya açıqlamasında konqresin əhəmiyyətinin vacib olduğunu bildirib. "Bu tədbir beynəlxalq aləmdə qafqazşünaslığın öyrənilməsinə töhfələr verən bir tədbirdir. Tədbirdə məqsəd alimlər arasında əlaqələri daha da dərinləşdirmək və "Qafqaz sivilizasiyası-tarix və müasirlik" mövzusu altında "Ümumi Qafqaz Evi" və sülhün bərqərar olmasını həyata keçirməkdir."

Xatırladaq ki, I Beynəlxalq Qafqazşünaslıq Konqresi 2007-ci ilin 22-26 oktyabrında keçirilib. Qafqazşünaslıq İnstitutu və TDU konqresin materialları əsasında üç dildə nəşr olunacaq "Qafqazşünaslıq araşdırmaları" adlı beynəlxalq elmi jurnal təsis edib.

II Beynəlxalq Qafqazşünaslıq Konqresi noyabrın 12-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR