Bank Of Baku

Azərbaycan prezidenti Horadizdə Muğam Mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti Horadizdə Muğam Mərkəzinin açılışında iştirak edib
# 11 noyabr 2010 09:20 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı açılışı bildirən lenti kəsib və mərkəzdə yaradılmış şəraitlə tanış olub.

Prezidentə məlumat verilib ki, mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılıb. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir, bir-birinə bitişik üç korpusdan ibarətdir.

Prezident və xanımı Mehriban Əliyeva mərkəzin eskiz layihəsinə baxıb, daha sonra Füzuli rayonunun “Qarabağ” instrumental ansamblının və gənclərin ifasında “Qarabağ şikəstəsi”ni dinləyiblər.

Mərkəzin 520 yerlik açıq yay zalı da var. Bina havalandırma, daimi su təchizatı, müasir işıqlandırma sistemləri və yüksək gərginlikli elektrik generatoru ilə təchiz olunub.

Mərkəzin həyətyanı sahəsi həm də əhalinin istirahəti üçün park kimi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR