Bank Of Baku

Fazil Mustafa: “Seçkinin mütləq qalibi YAP və onun siyasi platformasını dəstəkləyən bitərəf çoxluqdur”

Fazil Mustafa: “Seçkinin mütləq qalibi YAP və onun siyasi platformasını dəstəkləyən bitərəf çoxluqdur”
# 11 noyabr 2010 10:04 (UTC +04:00)
Bakı - APA. Böyük Quruluş Partiyası (BQP) noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrinə rəsmi münasibətini açıqlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, BQP başqanı Fazil Mustafa seçkilərə obyektiv qiymət verməyin tərəfdarı olduqlarını bildirib. Onun fikrincə, seçicilərin əhəmiyyətli hissəsi müxalifəti dəstəkləməyib və buna görə də hakim partiyanın, eləcə də onun kursunu dəstəkləyən bitərəflərin mütləq üstünlük qazanmasını normal qəbul etmək lazımdır: “Milli Məclisin legitimliyi məsələsinin gündəmə gətirilməsi isə bəzi müxalifət çevrələrində hələ də siyasi səbatsızlığın hökm sürdüyünü təsdiqləyir. Milli Məclisin qəbul etdiyi qanunlara əməl etmək məcburiyyətində olanların onun legitimliyini tanımamasının hansısa məntiqi izahı yoxdur”.

Fazil Mustafa bəyan edib ki, seçkinin mütləq qalibi YAP və onun siyasi platformasını dəstəkləyən bitərəf çoxluqdur: “Seçicilər ana müxalifət partiyası statusunu Vətəndaş Həmrəyliyi partiyasına veriblər. Bu seçkilərdə konstruktiv müxalifətin də mövqeyi cəmiyyət tərəfindən ciddi dəstəklənməyib. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, artıq mövcud tabloda müxalifətin nəinki parlament fraksiyası, hətta kiçik qrup yaratması imkanı belə olmayacaq. Müxalifətin parlamentin idarə olunmasında təmsilçiliyi probleminin həlli isə hakim partiyanın bundan sonrakı demokratik testlərə hansı üslubda cavab verməsi ilə müəyyənləşəcək”.

Fazil Mustafa ATƏT, Avropa Şurası və Avropa İttifaqının seçki missiyalarının ilkin rəylərini obyektiv hesab edir, seçkilərin əsasən demokratik keçdiyini təsdiqləyir, bəzi seçki dairələrində baş verən qanun pozuntularının araşdırılıb müvafiq tədbirlər görülməsinin vacibliyini önə sürür: “BQP eyni zamanda seçkilərin nəticələri ilə razılaşmayan qüvvələri “bu seçkilərin nəticələrini tanımamaq” kimi absurd ifadələrdən əl çəkərək yeni Milli Məclisdə təmsil olunan müxalifətlə konstruktiv əməkdaşlığa çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR