Bank Of Baku

Azərbaycan prezidenti Ağdam Mərkəzi Rayon Xəstəxanasının yeni binasının açılışında iştirak edib

Azərbaycan prezidenti Ağdam Mərkəzi Rayon Xəstəxanasının yeni binasının açılışında iştirak edib
# 11 noyabr 2010 13:45 (UTC +04:00)
Ağdam - APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 11-də Quzanlı qəsəbəsində Ağdam Mərkəzi Rayon Xəstəxanasının yeni binasının açılışında iştirak edib. APA-nın məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhiyyə ocağında yaradılmış şəraitlə tanış olublar.

Məlumat verilib ki, xəstəxananın əvvəlki binası yararsız vəziyyətə düşdüyündən dövlət başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılıb və iki il müddətində müasir tipli 50 çarpayılıq bina inşa olunub. Ən müasir avadanlıqla təchiz olunmuş xəstəxana nəinki Ağdamdan, eyni zamanda qonşu rayonlardan olan xəstələrin müalicə və əməliyyat olunmalarına imkan yaradıb.

Prezident İ. Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya müasir avadanlıqla təmin olunmuş “Mercedes” markalı 2 təcili tibbi yardım avtomobili verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR