Bank Of Baku

Bakıda “İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya mexanizmi” mövzusunda konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya mexanizmi” mövzusunda konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 12 noyabr 2010 08:02 (UTC +04:00)
APA-nın xəbərinə görə, konfrans Azərbaycan Konstitusiya Məhkəməsi və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən təşkil edilib.

Tədbiri açan Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkədə Konstitusiyanın yaranma tarixindən danışaraq deyib ki, bu sənədin qəbulu Azərbaycanda insan hüquqlarının inkişafına xidmət edib: “Konstitusiyanın fəsillərindən biri insan hüquqları və onların müdafiəsinə həsr olunub”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da Konstitusiyanın ölkədə demokratiyanın inkişafında önəmli rolunu qeyd edib.

Sonra Venesiya Komissiyasının nümayəndəsi Tanya Gerven çıxış edib və konfransa gələ bilməyən komissiyanın rəhbəri Canni Bukikkionun xoş arzularını iştirakçılara çatdırıb.

Konfransda Türkiyə, Gürcüstan, Qazaxıstan, Almaniya, Rusiya və Ukrayna Konstitusiya məhkəmələrinin nümayəndələri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR