Bank Of Baku

GTZ layihəsinin rəhbəri: “Azərbaycanda inzibati məhkəmələrin fəaliyyətə başlaması inkişaf kimi qiymətləndiriləcək”

GTZ layihəsinin rəhbəri: “Azərbaycanda inzibati məhkəmələrin fəaliyyətə başlaması inkişaf kimi qiymətləndiriləcək”
# 12 noyabr 2010 09:50 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. “Azərbaycanda 2011-ci ilin yanvar ayında inzibati məhkəmələrin fəaliyyətə başlaması inkişaf olacaq. Azərbaycanın bu addımı Konstitusiyanın 60-cı maddəsinin 2-ci abzasında əksini tapmış məhkəməyə müraciət etmək hüququnun daha səmərəli şəkildə həyata keçirilməsi şəkildə başa düşülür”. APA-nın məlumatına görə, bunu GTZ (Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti) layihəsinin rəhbəri Anya Keninqsman Bakıda “İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya mexanizmi” mövzusunda keçirilən konfransda çıxışında deyib.

O bildirib ki, Konstitusiya ölkənin əsas hüquqi sənədi olmaqla statik bir məhsul deyil: “Ən yaxşı Konstitusiya daş kimi hərəkətsiz dayanırsa, vətəndaş ondan heç bir fayda görmür. Konstitusiya canlı orqanizm kimi yaşamalıdır ki, orada olan hüquqlardan və imkanlardan hamı istifadə edə bilsin. Bu, xüsusilə Konstitusiyanın fəaliyyət göstərdiyi ilk illərdə böyük əhəmiyyətə malikdir, lakin illər keçdikcə bu əhəmiyyət azalmır. Bu, davamlı bir prosesdir. Bu proses dayansa, faktiki olaraq demokratiyanın və hüquqi dövlətçiliyin durğunluğu demək olardı. Almaniya Federativ Respublikasının əsas qanununun artıq 51 yaşı var, amma biz onu “qocalmış” Konstitusiya kimi dəyənləndirə bilmərik. Bu baxımından Azərbaycanda 2011-ci ilin yanvar ayında inzibati məhkəmələrin fəaliyyətə başlaması inkişaf olacaq. Azərbaycanın Konstitusiya Məhkəməsi Konstitusiyanın qoruyucusu olaraq bu inkişafda həlledici rola malikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR