Bank Of Baku

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yürüş keçiriləcək

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yürüş keçiriləcək
# 12 noyabr 2010 12:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yürüş keçiriləcək. APA-nın məlumatına görə, yürüş ölkənin cənub bölgəsini əhatə edən rayonların – Cəlilabad, Biləsuvar, Masallı, Astara, Lerik və Lənkəran sakinlərinin iştirakı ilə noyabrın 13-də saat 13.00-da başlayacaq. Sakinlər Bibiheybət məscidinin qarşısından 2-ci Fəxri Xiyabana yürüş edəcəklər. Aksiya Mübariz İbrahimov və Fərid Əhmədovun məzarlarının ziyarət olunması ilə başa çatacaq.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR