Bank Of Baku

Gənc hakimlər Avropa Məhkəməsinin hakimləri ilə görüşüblər

Gənc hakimlər Avropa Məhkəməsinin hakimləri ilə görüşüblər
# 12 noyabr 2010 16:49 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Konstitusiyasının 15 illiyi ilə əlaqədar Azərbaycanda səfərdə olan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri Devid Tor Byorqvinson (İslandiya), Xosep Kasadeval (Andorra), Enn Pauer (İrlandiya) və Xanlar Hacıyev (Azərbaycan) Məhkəmə-Hüquq Şurasının təşəbbüsü ilə yeni təyin olunmuş hakimlərlə görüşüblər. Məhkəmə-Hüquq Şurasından APA-ya verilən məlumata görə, Ali Məhkəmədə təşkil olunmuş tədbirdə Avropa Məhkəməsinin hakimləri tərəfindən məhkəmənin təcrübəsi, presedent hüququnun tətbiqi ilə bağlı məsələlərə toxunulub, gənc hakimlərə zəruri tövsiyələr verilib. Tədbirdə dövlət ittihamçıları, aidiyyəti ədliyyə işçiləri və Məhkəmə-Hüquq Şurasının əməkdaşları iştirak ediblər.

Qonaqlar Ali Məhkəmənin sədri Ramiz Rzayevlə də görüşüblər. Görüşdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin müstəsna əhəmiyyəti qeyd edilib, Avropa Məhkəməsinin hakimləri ilə görüşlər keçirilməsi və fikirlərinin bilavasitə dinlənilməsinin səmərəsi vurğulanıb.

Sonra qonaqlar Ali Məhkəmənin binası və məhkəmə hakimiyyətinin tarixinə həsr edilmiş muzeylə tanış olublar. Onlar Avropa məkanında ən gözəl məhkəmə binalarından sayılan bu binanın inşasını Azərbaycan dövləti tərəfindən məhkəmə hakimiyyətinə verilən böyük əhəmiyyətin təzahürü kimi dəyərləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR