Bank Of Baku

Quba məzarlığında sümüklərin parçalanması prosesi sürətlənir

Quba məzarlığında sümüklərin parçalanması prosesi sürətlənir
# 13 noyabr 2010 10:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı sonuncu quyuda olan sümüklərin parçalanması prosesi getdikcə daha da sürətlənir. Bu barədə APA-ya Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev məlumat verib. O bildirib ki, parçalanma davam etdiyi üçün artıq sümüklər, xüsusilə uşaqların kəllə-beyin sümükləri öz formalarını itirməyə başlayır. Q. Ağayev deyib ki, bu sümüklərin çürüməsinin və parçalanmasının qarşısını almaq üçün dərmanlama prosesinin həyata keçirilməsi hələ də ləngiyir.

Ekspedisiya rəhbəri əlavə edib ki, məzarlıqdakı sürüşmənin qarşısı artıq alınır. Hazırda həyətyanı sahələrdən məzarlığın cənubuna doğru axan suların qarşısını almaq üçün xəndək qazılır: “Amma bu, o demək deyil ki, təhlükə tam aradan qalxıb. Təhlükə o vaxt olmaz ki, məzarlığın içindəki nəmlik aradan qaldırılsın. Bu nəmlik isə məzarlıqda, xüsusilə quyu tərəfdə hələ də qalmaqdadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR