Bank Of Baku

Azərbaycan prezidenti FHN-in 5 illiyi yubiley medalının və digər medalların təsis edilməsi haqqında qanunu təsdiqləyib

Azərbaycan prezidenti FHN-in 5 illiyi yubiley medalının və digər medalların təsis edilməsi haqqında qanunu təsdiqləyib
# 13 noyabr 2010 15:04 (UTC +04:00)
Bakı – APA. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalının, “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında” qanununun tətbiq edilməsi barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının həmin qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin, öz səlahiyyətləri daxilində qanundan irəli gələn digər məsələləri həll etsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR