Bank Of Baku

MSK-ya seçkilərlə bağlı daxil olan bir sıra müraciətlərin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilib

MSK-ya seçkilərlə bağlı daxil olan bir sıra müraciətlərin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilib
# 15 noyabr 2010 15:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumata görə, iclasda noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. MSK katibi Natiq Məmmədov deyib ki, 30 saylı Suraxanı seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının MSK-ya göndərdiyi şikayət ərizəsində imza ilə bağlı problem yaranıb: “Arif Hacılının şəxsiyyət vəsiqəsindəki imzası ilə şikayət ərizəsindəki imza fərqlidir. Bu səbəbdən də imzanın doğruluğu yoxlanılmalıdır”.

İclasda bu məsələ ilə bağlı aparılan müzakirələrdə qərara alınıb ki, şikayət ərizəsindəki imza yoxlanılmaq üçün xətşünaslıq ekspertizasına göndərilsin.

Sonra iclasda digər müraciətlərə baxılıb. 5 müraciətdə tələb aydın olmadığından, 3-də isə qanunla müəyyən olunan şikayət vermə müddəti ötürüldüyündən sənədlər ərizəçilərə qaytarılıb, 1 şikayət isə aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib, digərlərinin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilib.

İclasda MSK sədri Məzahir Pənahov deyib ki, daxil olan şikayətlər ekspert qrupu tərəfindən əhatəli şəkildə araşdırılır və bütün subyektlər üzrə aidiyyatı sənədlər toplanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR