Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva və ombudsman Elmira Süleymanova Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət ediblər

Millət vəkili Qənirə Paşayeva və ombudsman Elmira Süleymanova Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət ediblər
# 16 noyabr 2010 15:21 (UTC +04:00)
Bakı – APA. Millət vəkili Qənirə Paşayeva və ombusman Elmira Süleymanova Qurban Bayramı münasibətilə Biləsuvara gedərək Milli Qəhrəman Mübariz İbra¬himovun ailəsini ziyarət ediblər. APA-nın xəbərinə görə, M. İbrahimovun ailəsini müqəddəs bayram münasibətilə təbrik edən millət vəkili və ombudsman bütün şəhidlərə Allahdan rəhmət diləyiblər.

Milli Qəhrəmanın və şəhid zabit Fərid Əhmədovun nəşinin ölkə prezidentinin ciddi səyləri nəticəsində düşməndən geri alınaraq II Fəxri Xiyabanda rəsmi mərasimlə dəfn olunması faktını şükranlıqla qeyd edən İbrahimovlar ailəsi dövlət başçısına, dövlətə və xalqa öz təşəkkürlərini bildiriblər. Mübariz şəhid olduqdan bəri evlərindən ziyarətçilərin əskik olma¬dığını deyən qəhrəman atası Ağakərim İbrahimov bunu xalqın, dövlətin öz mə¬nəvi dəyərlərinə, milli-mədəni ənənələrinə sadiqliyi ilə əlaqələndirərək bu əziz bayram günündə şəhid ailələrinin yad edilməsini də bunun bariz örnəyi adlandırıb.

Millət vəkili və ombudsman isə şəhid gizir Mübariz İbrahimovun qəhrəmanlığının yeni nəsil üçün örnək təşkil etdiyini, onun kimi övladı olan xalqa mənsub olmaqdan qürur duyduqlarını söyləyərək növbəti bayramları Şuşada, Xankəndində, işğaldan qurtarılacaq digər tor¬paqlarda qeyd etməyi uca Yaradandan diləyiblər və bu diləyin mütləq çin olacağına inamlarını vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR