Bank Of Baku

Arif Hacılı: “Müsavat Partiyasının qurultayı yəqin ki, gələn ilə qalacaq”

Arif Hacılı: “Müsavat Partiyasının qurultayı yəqin ki, gələn ilə qalacaq”
# 18 noyabr 2010 08:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası növbəti qurultaya hazırlıq işlərinə başlayıb. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. O deyib ki, mümkün qədər qısa müddətdə qurultayın keçirilməsi ilə bağlı konkret addımlar atılacaq: “Ancaq belə görünür ki, qurultayı bu ilin sonunadək keçirmək çətin olacaq. Yəqin ki, qurultay gələn ilə qalacaq”.

Qurultayda Müsavat Partiyasının AXCP ilə birləşmək barədə məsələnin müzakirəyə çıxarılıb-çıxarılmayacağına gəlincə, A. Hacılı qeyd edib ki, bu kimi məsələlər əvvəlcə partiya strukturlarında müzakirə olunmalıdır: “Bu cür müzakirələr olsa və müsbət qərar qəbul edilsə, məsələ qurultayda müzakirəyə çıxarıla bilər”.

Xatırladaq ki, bu il sentyabrın 25-də AXCP-nin V (VIII) qurultayında partiya Müsavat Partiyası ilə birləşmək barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR