BAXCP sədri Qüdrət Həsənquliyev İran prezidentinə açıq məktub ünvanlayıb
BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda bildirilir ki, Azərbaycan və fars xalqları tarixən bir yerdə yaşayıblar və yaşadıqları ərazilərin bütövlüyü uğrunda birgə mübarizə aparıblar: “Bu gün də Azərbaycan türklərinin dörddə üç hissəsi farslar və digər xalqlarla birlikdə İran İslam Respublikasının ərazisində, öz tarixi ata-baba torpaqlarında yaşayır, ortaq mədəniyyəti və taleyi paylaşırlar. Sizin ölkəmizə səfəriniz çərçivəsində etdiyiniz çıxışlar zamanı Azərbaycan xalqının ünvanına dostluq və qardaşlıq mesajları səsləndirməyiniz, Azərbaycan prezidentinə xitabən “qardaşımın evinə gəlmişəm” deməyiniz, şübhəsiz ki, təqdirəlayiq haldır. Amma sizin “qardaş” deyə xitab etdiyiniz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası ərazisinin 20 faizi İran İslam Respublikasının bütün sahələrdə yaxından əməkdaşlıq etdiyi Ermənistan tərəfindən işğal edilib. Bir milyon insan (onlar həm də müsəlmandırlar) ev-eşiklərindən didərgin salınıb, öz doğma vətənlərində qaçqına, köçkünə çevriliblər”.
Məktubda qeyd olunur ki, İran təcavüzkar Ermənistanla nəinki iqtisadi-siyasi istiqamətlərdə, hətta hərbi sahədə də çox yaxından əməkdaşlıq etməklə işğalçı dövlətin öz cinayətkar siyasətini davam etdirməsinə yardım göstərir: “Azərbaycanın işğal edilmiş ərazilərində sizin sözün əsl mənasında qardaşlıq münasibətlərində olduğunuz ermənilər məscidləri, müsəlmanların qəbirlərini darmadağın ediblər. Bu baxımdan, sadəcə xoş sözlərlə Azərbaycan xalqının qəlbini fəth edə biləcəyiniz mümkünsüzdür. Azərbaycanlıların sevgisini qazanmağın yeganə yolu haqqın, ədalətin yanında olmaq, zülmün, istibdadın, təcavüzün qarşısını almaq üçün əməli addımlar atmaqdır”.
Məktubda Ermənistanın işğalı nəticəsində blokada vəziyyətinə düşmüş Naxçıvan Muxtar Respublikasının əhalisinin gediş-gəlişlə bağlı problemlərinin aradan qaldırılması məsələsinə də toxunulub: “Hesab edirik ki, Azərbaycan tərəfi də viza rejiminin aradan qaldırılması üçün müvafiq qərar qəbul etməlidir. Bununla yanaşı, diqqətinizə çatdırıram ki, viza rejiminin ləğvi heç də Naxçıvan Muxtar Respublikasına gediş-gəliş üçün bahalı hava nəqliyyatından istifadə edə bilməyən kasıb təbəqənin problemlərini aradan qaldırmayıb. Əksinə, onları mənəvi əzabla, sayğısızlıqla, qeyri-insani davranışlarla qarşı-qarşıya qoyub. Naxçıvana Güney Azərbaycan ərazisindən keçməklə səfər etmək məcburiyyətində qalan azərbaycanlılar bəzən 4 saat, bəzən də daha artıq müddətə, heç bir səbəb olmadan sərhəd qapılarında saxlanılır, onlara qarşı nəinki müsəlman qardaşlığına, hətta adi insani dəyərlərə uyğun gəlməyən münasibət sərgilənir. Qardaşlıq, dostluq sadəcə, gəlişigözəl sözlərlə deyil, gerçək əməllərlə sübuta yetirilir. Ümid edirəm ki, siz bu məktubda sadalanan problemlərin aradan qaldırılması istiqamətində konkret addımların atılmasına zəmin yaratmaqla ölkələrimiz və qardaş xalqlarımız arasındakı münasibətlərin əməli inkişafına dəstək verəcəksiniz”.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
Rubio: ABŞ BCM-yə qarşı kampaniyada bütün vasitələrdən istifadə edəcək
Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib
İraqın Baş naziri: Silahlı qruplaşmalar sentyabrın sonunadək tərksilah ediləcək
İranın Keşm adasında partlayışlar baş verib
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb - FOTO
Ucar sakini Qazaxıstanda yol qəzasında ölüb
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
Tramp: Hörmüz boğazından keçidə görə heç kim ödəniş tələb etməməlidir
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Azərbaycan və Slovakiya arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO
Prezidentin sosial media hesablarında Peter Pelleqrininin Azərbaycana səfərinə dair paylaşım edilib - VİDEO
Bakıda iki yol təmirə bağlanır
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
Gəncədə 5 nəfər yas mərasimində zəhərlənib
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
Tramp Hörmüz boğazından keçən gəmilərdən 20% rüsum almaq fikrindən imtina edib
Bakı Dairəvi, Baksol yolları və Nazim Hikmət küçəsində yol təmiri yekunlaşıb
İran parlamentinin 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir
İnterpolun axtardığı Azərbaycan vətəndaşı Monteneqroda saxlanılıb, ekstradisiya ediləcək
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Netanyahu İranı hücum edəcəkləri təqdirdə, “daha güclü” cavab veriləcəyi ilə hədələyib
“AFB Bank”ın gəlirləri artıb
Türkiyə Netanyahunu axtarışa verib
Yarım milyonluq dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azərbaycan beynəlxalq axtarışa verilən Türkmənistan vətəndaşını ekstradisiya edib
Rusiya Ukraynanın iki quru yük gəmisini və tankerini vurub
"Beşiktaş" Leandro Trossardı transfer edib
Ukrayna Rusiya FTX-yə məxsus helikopter meydançasının olduğu gəmini batırıb
Slovakiya Azərbaycanla qaz tədarükünə dair uzunmüddətli müqavilə bağlamaq niyyətindədir
“Premium Bank”ın nağd vəsaitləri azalıb
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub
BŞİH başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyəti təkmilləşdirilib
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb
Sahibə Qafarova Qətərin sabiq Əmirinin dəfn mərasimində iştirak üçün Dohaya gedib - YENİLƏNİB
MİQ imtahanının ilk günündə 8024 namizəd dəvət olunub, 95% davamiyyət qeydə alınıb - YENİLƏNİB
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Unibank ikinci rübün maliyyə nəticələrini açıqlayıb
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoyub
İranda partlayışlar baş verir, ölənlər var - YENİLƏNİB-1
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm