Bank Of Baku

Müxalifətçilər Mübariz İbrahimov və Fərid Əhmədovun məzarını ziyarət ediblər - FOTO

Müxalifətçilər Mübariz İbrahimov və Fərid Əhmədovun məzarını ziyarət ediblər - <font color=red>FOTO</font>
# 19 noyabr 2010 09:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün “AXCP-Müsavat” seçki blokuna daxil olan partiyaların rəhbərləri və nümayəndələri Azərbaycanın şəhidləri Mübariz İbrahimov və Fərid Əhmədovun II Fəxri xiyabandakı qəbirlərini ziyarət edib. Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. A. Hacılı şəhidlərin - Azərbaycanın qəhrəmanları olan Mübarizlə Fəridin Azərbaycan gəncliyi üçün çox ciddi nümunə olduğunu deyib: “Onların təbliğ olunması ölkədə hərbi-vətənpərvərlik ruhunun qaldırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi əzminin yüksəldilməsi üçün vacibdir”.

Qeyd edək ki, ziyarət mərasiminə AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər də qatılıb
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR