Bank Of Baku

Mübariz Qurbanlı: “NATO-nun zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi diplomatiyamızın uğurudur”

Mübariz Qurbanlı: “NATO-nun zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi diplomatiyamızın uğurudur”
# 22 noyabr 2010 13:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Lissabonda keçirilən NATO-nun zirvə toplantısında qəbul olunmuş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəkləndiyinin vurğulanması olduqca önəmlidir. Əslində, bu sənədin qəbul olunması Azərbaycanın ərazi bütövlüyünü qəsd edən dairələrə açıq mesajdır və Ermənistanın təcavüzkar dövlət olduğunu təsdiqləyir. NATO kimi güclü təşkilatın belə bir bəyanatı alyansa üzv olan dövlətlərin mövqeyini əks etdirir”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.

M. Qurbanlının fikrincə, zirvə toplantısında Cənubi Qafqazdakı münaqişələrin gündəmə gətirilməsi bu problemlərin NATO-nun diqqət mərkəzində olduğunu göstərir: “Bütün bunlar Azərbaycan prezidentinin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Bu cür sənədlərin qəbul olunması bütövlükdə ərazi bütövlüyümüzün bərpası istiqamətində həyata keçirilən siyasətə əlavə dəstəkdir. Azərbaycan sülh yolu ilə məsələni həll etmək istəyir. Bunun üçün beynəlxalq qurumların da dəstəyinin olması vacibdir. NATO-nun zirvə toplantısının Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi diplomatiyamızın uğuru sayılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR