Bank Of Baku

Ramil Həsənov: “Dünya Azərbaycanlıları Gənclərinin Konqresində azərbaycanlı gənclərin beynəlxalq təşkilatı formalaşa bilər”

Ramil Həsənov: “Dünya Azərbaycanlıları Gənclərinin Konqresində azərbaycanlı gənclərin beynəlxalq təşkilatı formalaşa bilər”
# 23 noyabr 2010 10:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. “Dünya Azərbaycanlıları Gənclərinin I Konqresinin keçirilməsi təqdirəlayiq haldır”. Bunu APA-ya açıqlamasında noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya Azərbaycanlıları Gənclərin 1-ci Konqresində iştirak edəcək TürkPA-nın baş katibi Ramil Həsənov deyib. O bildirib ki, konqresdə azərbaycanlı gənclərin beynəlxalq təşkilatı formalaşa bilər: “Həmin təşkilatın çox böyük faydaları olacaq, çünki müasir dünya sistemində QHT sektoru çox böyük önəm daşıyır - xüsusilə Qərb dünyasında. QHT vasitəsilə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə, dünya mediasına çatdırılması çox böyük effekt verə bilər. Eyni zamanda müxtəlif ölkələrdə, dövlətlərdə yaşayan və bir-birini uzun illər heç tanımayan gənclərin bir araya gəlməsi, şəxsi dostluq münasibətləri qurub bundan ölkəmizin gələcək inkişafı naminə istifadə etməsi üçün çox böyük şans yaranacaq”.

TürkPA-ya üzv ölkələrin parlamentlərində gənclərin sayı barədə sualı cavablandıran R. Həsənov deyib ki, Azərbaycan Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentləri arasında gənclərin sayına görə birinci yerdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR