Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
# 23 noyabr 2010 11:56 (UTC +04:00)
Bakı – APA. Noyabrın 23-də Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

1920-ci ildə Bakıda fəaliyyət göstərən texniki məktəbin əsasında Avropa və Asiyada neft-qaz və kimya sənayesi sahələrində ilk ali təhsilli mütəxəssis hazırlığına başlayan indiki ADNA 90 il ərzində dünyanın qabaqcıl ali texniki məktəbləri səviyyəsinədək inkişaf yolu keçib. Bu tədris ocağı hazırda 24 istiqamət üzrə bakalavr və magistr pillələrində mütəxəssis hazırlayır.

Prezident İ. Əliyev əvvəlcə Heydər Əliyev lektoriya zalı və ADNA-nın tarix muzeyi ilə tanış olub.

Dövlət başçısı akademiyanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib.

Mərasimdə ADNA-nın rektoru Siyavuş Qarayev, Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru Viktor Martınov, Rumıniyanın Neft və Qaz Universitetinin rektoru Vlad Ulmanu və digər qonaqlar çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR