Bank Of Baku

Azərbaycan Demokrat Firqəsi X konfransını keçirib

Azərbaycan Demokrat Firqəsi X konfransını keçirib
# 23 noyabr 2010 13:58 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Demokrat Firqəsi X konfransını keçirib. APA-nın məlumatına görə, konfransda firqənin IX konfransından bəri gördüyü işlər müzakirə edilib. Bu barədə ADF-nin sədri Əmirəli Lahrudinin hesabat məruzəsində ətraflı məlumat verilib.

Məruzə ətrafında çıxışlar olub, təşkilatın yeni dövrün tələblərinə uyğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər səslənib. Bütün bunlar təşkilatın hesabat dövründə gördüyü işləri kafi qiymətləndirən konfransın yekun qətnaməsində ifadəsini tapıb. Yığıncaqda ADF MK-nın yeni tərkibi seçilib. Konfransda Azərbaycan Demokrat Firqəsinin İran xalqlarına müraciəti qəbul olunub.

ADF Mərkəzi Komitəsinin birinci plenumu da keçirilib. Plenum təşkilati məsələyə baxıb, İcraiyyə Heyəti üzvlərini seçib. Əmirəli Lahrudi yenidən Azərbaycan Demokrat Firqəsinin sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR