Bank Of Baku

Bahar Muradova: “NATO-nun və digər beynəlxalq təşkilatların ərazi bütövlüyümüzü dəstəkləməsi Azərbaycanın mövqeyini gücləndirir”

Bahar Muradova: “NATO-nun və digər beynəlxalq təşkilatların ərazi bütövlüyümüzü dəstəkləməsi Azərbaycanın mövqeyini gücləndirir”
# 23 noyabr 2010 15:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “NATO-nun Lissabonda keçirilən zirvə toplantısında qəbul olunmuş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ciddi əhəmiyyət kəsb edir”. APA-nın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. B. Muradova bildirib ki, NATO ilə yanaşı, bir sıra beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında sənədlər qəbul edib: “Bu da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin mövqeyini gücləndirir. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ikisi - ABŞ və Fransa NATO-nun üzvüdür. Bu dövlətlər həmin Bəyannaməyə imza atıblar. Digər həmsədr Rusiyanın fəal təşəbbüsləri göz qabağındadır. Hesab edirəm ki, həmsədrlər bu mövqelərinə sadiq qalsalar və prinsipiallıq göstərsələr, ATƏT-in Astanada keçiriləcək zirvə toplantısında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ciddi qərar qəbul oluna bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR