Bank Of Baku

Gülsel Səfərova: “Avropada Azərbaycan gənclərinin ictimai fəallığı artırılmalıdır”

Gülsel Səfərova: “Avropada Azərbaycan gənclərinin ictimai fəallığı artırılmalıdır”
# 24 noyabr 2010 11:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. “Avropaya inteqrasiya prosesində, qloballaşan dünyada Azərbaycan gəncliyinin daha da inkişafına ehtiyac duyulur. Azərbaycan gəncliyinin dünyagörüşünün artırılması, xüsusən təşkilatlanmaq, modernləşmək və səfərbər olmaq istiqamətində belə bir tədbirin keçirilməsi çox mühüm addımdır”. Bu sözləri APA-ya açıqlamasında noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya Azərbaycanlı Gənclərin I Konqresində iştirak edəcək Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova deyib. G. Səfərova konqresdən sonra müxtəlif təşkilatlarla tərəfdaşlıq əlaqələri quracaqlarına və yeni bir mərhələnin başlayacağına inandığını söyləyib: “Bu mərhələ Azərbaycanın müsbət imicinin artırılması istiqamətində səylərin daha da güclənməsinə gətirib çıxaracaq”.

G. Səfərova bildirib ki, konqresdə Azərbaycan gənclərinin Avropada ictimai fəallığının artırılması yönündə layihə təklifi irəli sürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR