Bank Of Baku

Bahar Muradova: “Çox istərdik ki, Astana sammitində Ermənistanı sülhə məcbur etmək istiqamətində addımlar atılsın”

Bahar Muradova: “Çox istərdik ki, Astana sammitində Ermənistanı sülhə məcbur etmək istiqamətində addımlar atılsın”
# 25 noyabr 2010 13:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu YAP-ın rəsmi saytına müsahibəsində Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B. Muradova Azərbaycanın zirvə toplantısında çox ciddi sənədin qəbuluna ümid etdiyini bildirib: “Bu, ən azı baza prinsiplərinin razılaşdırılması barədə sənəd ola bilər. Amma vəziyyətin necə olacağını əvvəlcədən söyləmək mümkün deyil. Düşünürəm ki, Astana sammitinin bu sənədi qəbul etməsi üçün bütün imkanlar var. Çox istərdik ki, sammitdə iştirak edəcək ölkə rəhbərləri Ermənistanı sülhə məcbur etmək istiqamətində addımlar atsınlar. Fikrimcə, bundan sonra biz sülh sazişi çərçivəsində danışıqlar prosesinə keçə bilərik. Çünki ilkin sənəd qəbul olunmadığı üçün vaxt da uzanır və sülh sazişinin müddəaları müzakirə predmeti ola bilmir. Biz Madrid prinsiplərini qəbul etmişik, qarşı tərəf sözdə bu prinsipləri qəbul etdiyini desə də, bu istiqamətdə hər hansı hərəkət etmir. Düşünürəm ki, Ermənistanı ən azı Madrid prinsipləri çərçivəsində danışıqların davam etdirilməsinə məcbur etmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR