Bank Of Baku

Müasir Müsavat Partiyasının bir qrup üzvü Siyasi Şuranın iclasında Hafiz Hacıyevin istefasını tələb edib

Müasir Müsavat Partiyasının bir qrup üzvü Siyasi Şuranın iclasında Hafiz Hacıyevin istefasını tələb edib
# 25 noyabr 2010 14:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Müasir Müsavat Partiyasının (MMP) Siyasi Şurasının növbəti iclası keçirilib. MMP-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Azərbaycanda keçirilən son parlament seçkilərinin nəticələri partiyanın üzvlərində böyük narazılığına səbəb olub. Toplantı iştirakçıları builki parlament seçkilərində partiyanın bu günə qədər qazandığı az-çox uğurların hamısının üstündən xətt çəkildiyini bildirib, buna partiya sədri Hafiz Hacıyevin yürütdüyü siyasətin səbəb olduğunu qeyd ediblər. Ondan bu iflasın səbəblərinin izahını tələb ediblər.

Sonra Siyasi Şuranın bir qrup üzvü Hafiz Hacıyevin istefa verməsi təklifi ilə çıxış edib. Hafiz Hacıyev isə səlahiyyətlərindən istifadə edərək, Siyasi Şuranın qərarına veto qoyub və partiyanın növbədənkənar qurultayının çağırılmasını tələb edib. Siyasi Şura H. Hacıyevin bu qərarına tabe olaraq mart-aprel aylarında partiyanın növbədənkənar qurultayının keçirilməsinə qərar verib. Buna etiraz edən partiyanın Nəsimi və Xəzər rayon təşkilat sədrləri Südeyif Məcidov və İmran Seyfullayev tutduqları vəzifələrdən istefa veriblər.

İclasda qurultayın keçirilməsi ilə bağlı isə Təşkilat Komitəsi yaradılıb.

H. Hacıyev isə APA-ya deyib ki, partiya üzvlərinin bir qrupu təşkilatın siyasi xəttini dəyişməsini tələb edir: “Partiyada bir ruh düşkünlüyü yaranıb, bəziləri isə təşkilatın yeni təsis olunan “Xalq Məclisində” təmsil olunmasını tələb edirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR