Bank Of Baku

Tələt Paşa Komitəsinin nümayəndə heyəti Azərbaycana gəlib

Tələt Paşa Komitəsinin nümayəndə heyəti Azərbaycana gəlib
# 26 noyabr 2010 12:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyədə fəaliyyət göstərən Tələt Paşa Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti bu gün Azərbaycana gəlib. APA-nın məlumatına görə, bu barədə komitənin veb-saytında bildirilib.

Atatürkçü Düşüncə Dərnəyinin Bakı şöbəsinin dəvəti ilə “Qardaşlıq və qaynaşma” adı altında gerçəkləşən səfər 3 gün davam edəcək. Komitənin sözçüsü Cüneyt Akalının rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda və Gəncədə olacaq, keçirəcəkləri görüşlərdə “erməni soyqırımı” yalanları ilə mübarizə məsələlərini müzakirə edəcəklər.

Səfər çərçivəsində noyabrın 27-də Gənc Tamaşaçılar Teatrında Tələt Paşa Komitəsi və Atatürkçü Düşüncə Dərnəyinin birgə təşkilatçılığı ilə konfrans keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR