Bank Of Baku

Sərdar Cəlaloğlu: “Təəssüf ki, bizim müxalifətdə bəziləri konstruktivliyi söyüş kimi başa düşür”

Sərdar Cəlaloğlu: “Təəssüf ki, bizim müxalifətdə bəziləri konstruktivliyi söyüş kimi başa düşür”
# 29 noyabr 2010 10:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Seçkidən əvvəl müxalifətin konfiqurasiyası ilə bağlı düzgün qərar qəbul olunmadığından və müxalifət seçkiyə parçalanmış vəziyyətdə getdiyindən seçkilərdən sonra güc formalaşdıra bilmədi”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu bildirib ki, özünü tənqid olmasa, inkişaf mümkün olmayacaq: “Əgər hər şeyi düz ediriksə, niyə müxalifətlə bağlı heç bir problem həll olunmur və irəliləyiş yoxdur? Tənqiddən qaçmaq yaxşı əlamət deyil. Heç kim də iddia edə bilməz ki, həmişə düzgün qərar verir. Mən seçkidə iştirak edən bütün siyasi partiyaların iştirakı ilə toplantının keçirilməsi təklifi ilə çıxış etmişəm. Lakin təkliflərim qəbul olunmayıb”.

ADP sədrinin sözlərinə görə, müxalifətin əsas səhvi seçkilərə qatılmaq qaydasında olub: “Ona görə də bu gün seçkilərin saxtalaşdırılmasına qarşı təsirli kütləvi aksiyalar keçirmək mümkün deyil. Seçkidən əvvəl də belə təsirli aksiyalar keçirə və xalqı küçələrə çıxara bilmədik. Artıq yeganə ümid hüquq müstəvisində işi davam etdirməkdir. Səhv edən insanlar bu gün də səhvlərini davam etdirirlər. Konstruktiv mövqedə durmaq bizim müsbət tərəfimizdir. Təəssüf ki, bizim müxalifətdə bəziləri konstruktivliyi söyüş kimi başa düşür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR