Bank Of Baku

Müxalifətdən olan millət vəkillərinin toplantısı keçirilib

Müxalifətdən olan millət vəkillərinin toplantısı keçirilib
# 29 noyabr 2010 12:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Milli Məclisə seçilmiş müxalifət partiyalarından olan deputatların toplantısı keçirilib.

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının APA-ya verilən məlumata görə, görüşdə Milli Məclisin növbəti sessiyasında müxalifətçi deputatların əməkdaşlıq və iş birliyi ilə bağlı ümumi fikir mübadiləsi aparılıb.

S. Rüstəmxanlı deyib ki, parlamentdə təmsil olunan müxalifətin vahid mövqedən çıxış etməsi, fəaliyyətinin koordinasiya edilməsi və demokratik düşərgənin mövqeyinin gücləndirilməsi üçün də ümumi strategiyanın müəyyənləşdirilməsi nəzərdə tutulub. Növbəti görüşün vaxtı isə 10 gün sonraya təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR