Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva Avrasiya İqtisadi Münasibətlər Dərnəyinin “2010 - Zəki Vəlidi Toğan” xidmət mükafatına layiq görülüb

Millət vəkili Qənirə Paşayeva Avrasiya İqtisadi Münasibətlər Dərnəyinin “2010 - Zəki Vəlidi Toğan” xidmət mükafatına layiq görülüb
# 30 noyabr 2010 07:06 (UTC +04:00)
Bakı-APA. Millət vəkili Qənirə Paşayeva Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Münasibətlər Dərnəyinin elan etdiyi “2010 - Zəki Vəlidi Toğan” xidmət mükafatına layiq görülüb. APA-nın məlumatına görə, Avrasiya İqtisadi Münasibətlər Dərnəyi tərəfindən bu il ilk dəfə veriləcək “2010 - Zəki Vəlidi Toğan” xidmət mükafatına layiq görülənlər arasında millət vəkili Qənirə Paşayeva ilə yanaşı ŞKTC prezidenti Dərviş Əroğlu, TÜRKSOY-un baş direktoru Düsen Kaseynov, Keçiörən bələdiyyə başqanı Mustafa Ak, Beynəlxalq Qara Dəniz Əməkdaşlıq Vəqfinin Türkiyə təmsilçisi İsmayıl Safi, Ahi Evran Universitetinin müəllimi Gürşad Zorlu, TÜRKSAM başqanı Sinan Oğan, Türk Dünyası Bələdiyyələr Birliyi və Türk Qızılay Dərnəyi də var.

Mükafatlar dekabrın 2-də Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək “21-ci əsrdə Türk Dünyası” mövzusunda keçiriləcək beynəlxalq simpoziumun ilk günündə qaliblərə təqdim olunacaq. Avrasiya İqtisadi Münasibətlər Dərnəyi və Lefke Avrora Universitetinin keçirdiyi simpoziumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Kosovo, Makedoniya və başqa ölkələrdən çoxlu sayda millət vəkilləri, ictimai-siyasi və elm xadimləri, tarixçilər və KİV nümayəndələri iştirak edəcəklər.

ŞKTC prezidenti Dərviş Əroğlu ilə bərabər, Türk dünyasının müxtəlif dövlətlərindən və toplumlarından çox sayda siyasətçinin, ictimai xadimlərin, elm və media nümayəndələrinin iştirak edəcəyi simpoziumda Türk Dünyasının real əməkdaşlıq, sərmayə imkanları araşdırılacaq, inteqrasiya prosesi gözdən keçiriləcək. Toplantıda türk cümhuriyyətləri adından 65 məruzə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR