Bank Of Baku

BAXCP parlamentdə yeni komitələr yaradılması təşəbbüsü ilə çıxış edib

BAXCP parlamentdə yeni komitələr yaradılması təşəbbüsü ilə çıxış edib
# 30 noyabr 2010 10:19 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
BAXCP İdarə Heyəti ictimai-siyasi məsələlərin müzakirəsi çərçivəsində parlament seçkilərinin nəticələrinə və dördüncü çağırış Milli Məclisin ilk iclasında qəbul olunan qərarlara daha çox diqqət ayırıb. Ölkədə siyasi islahatların aparılmasının labüdlüyünü bir daha önə çəkən və bu kontekstdə bəzi MDB ölkələrində aparılan islahatları nümunə gətirən BAXCP İdarə Heyəti üzvləri Azərbaycanda çoxpartiyalı sistemin inkişafı üçün bir sıra təxirəsalınmaz addımların atılmasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, parlamentdə təmsil olunan digər partiyaların təmsilçilərinin Milli Məclisin rəhbər strukturlarında yer almamaları çoxpartiyalı sistemin inkişafı ilə bağlı iqtidar tərəfindən elan olunan prinsiplərə uyğun gəlmir. Bu baxımdan BAXCP İdarə Heyəti parlamentdə yeni komitələrin yaradılması və həmin komitələrin rəhbərliyinə müxalifətdən olan millət vəkillərinin seçilməsi təklifi ilə çıxış edib. BAXCP İdarə Heyəti hesab edir ki, Milli Məclisdə Qarabağ, Avrointeqrasiya məsələləri, büdcə və büdcəyə nəzarət, eləcə də Türk və MDB respublikaları ilə iş üzrə komitələr yaradılmalıdır.

BAXCP İdarə Heyəti parlamentdə təmsil olunan müxalifət partiyalarının da birgə əməkdaşlıq formatının tapılması istiqamətində müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR