Bank Of Baku

Anar Məmmədxanov Kiyevdə beynəlxalq forumda iştirak edəcək

Anar Məmmədxanov Kiyevdə beynəlxalq forumda iştirak edəcək
# 01 dekabr 2010 15:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın sabiq millət vəkili Anar Məmmədxanov dekabrın 2-də Kiyevdə beynəlxalq forumda iştirak edəcək. Bu barədə APA-ya Anar Məmmədxanov özü məlumat verib.

Onun sözlərinə görə, «Effektiv İdarəetmə» Fondunun Böyük Britaniyanın Intelligence Squared təşkilatı ilə birgə keçirilən tədbirin söz azadlığına həsr olunmuş panelində Kolumbiyanın sabiq prezidenti Sezar Havarya Traxilo, Kanadanın sabiq baş naziri xanım Kim Kembell, Beynəlxalq Mətbuat Assosiasiyasının vitse-prezidenti, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun mətbuat katibi Co Lokhart, tanınmış jurnalist Vladimr Pozner və o, spiker kimi iştirak edəcəklər: «Min nəfərə yaxın şəxsin qatılacağı bu tədbirdə mən spiker kimi ilk dəfədir iştirak edəcəm. Bu tədbirə dəvət mənim üçün gözlənilməz oldu».

Forum 12 fərqli sahəyə həsr olunmuş panel sessiyalarından ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR