Bank Of Baku

Müasir Müsavat Partiyasının növbədənkənar qurultayının keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin toplantısı keçirilib

Müasir Müsavat Partiyasının növbədənkənar qurultayının keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin toplantısı keçirilib
# 02 dekabr 2010 12:06 (UTC +04:00)
Bakı - APA. Müasir Müsavat Partiyasının (MMP) növbədənkənar qurultayının keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin (TK) ilk toplantısı keçirilib. Bu barədə APA-ya MMP-nin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Təşkilat Komitəsinin görəcəyi işlər müzakirə edilib və iş bölgüsü aparılıb, Təşkilat Komitəsi üzvlərinə konkret tapşırıqlar verilib. Belə ki, Təşkilat Komitəsi öncə MMP-nin rayon təşkilatlarında konfransların keçirilməsini təşkil edəcək, həmçinin partiyanın siyasi mövqeyinin hansı yöndə dəyişəcəyi ilə bağlı MMP üzvləri ilə danışıqlar aparacaq. Qeyd edək ki, MMP-nin sonuncu Siyasi Şurasının iclasında Hafiz Hacıyevin partiya sədrliyindən istefa verməsi tələb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR