Bank Of Baku

AMİP Siyasi Şurasının iclası keçirilib

AMİP Siyasi Şurasının iclası keçirilib
# 03 dekabr 2010 16:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Azərbaycan Milli İstiqlal partiyasının (AMİP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat və informasiya xidmətindən APA-ya verilən məlumata görə, iclasda parlament seçkilərindən sonra ölkədə yaranmış vəziyyət, partiyanın atacağı addımlar, müxalifətin inteqrasiyası, Dağlıq Qarabağ problemi, eləcə də son dövrlərdəki qiymət artımı ilə bağlı məsələlər müzakirə olunub.

Siyasi Şura AMİP-in müxalifətin inteqrasiya istiqamətində göstərdiyi təşəbbüslərin daha da artırılmasını, siyasi qüvvələrlə əməkdaşlığın genişləndirilməsini məqbul hesab edib.

Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqların səmərə vermədiyi üçün münaqişənin həllinin BMT səviyyəsinə qaldırılmasını məqbul sayan partiyanın Siyasi Şurası seçkidən əvvəl milli həmrəyliyə nail olunması üçün ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlarla təmasların davam etdirilməsi qərarına gəlib.

Siyasi Şura ölkədəki bahalaşmadan narahatlığını da ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR