Bank Of Baku

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib
# 06 dekabr 2010 11:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə edilib.

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ ATƏT üzvü olan dövlət və hökumət başçılarının ötən həftə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən zirvə görüşünün nəticələri olub. ATƏT-in Astana sammitinin tamamilə iflasa uğradığını düşünən BAXCP İdarə Heyətinin qənaətinə əsasən bu hadisədən sonra Azərbaycan hökumətinin, dövlətinin və xalqının beynəlxalq birlikdən ədalətli mövqe gözləməsi tamamilə absurddur.

BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan hökuməti və xalqı Dağlıq Qarabağın və işğal altında olan digər ərazilərin azad edilməsi barədə ciddi şəkildə düşünməlidir.

BAXCP eyni zamanda Azərbaycan hökumətini Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə yaradılmış Gömrük İttifaqına daxil olmağın perspektivi barədə fikirləşməyə, eləcə də Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesini sürətləndirməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR