Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə növbəti “Qarabağ Forumu” keçirilib

Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə növbəti  “Qarabağ Forumu” keçirilib
# 06 dekabr 2010 14:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mərkəzi qərargahında Demokratiya Uğrunda İttifaqın (DUİ) təşkilatçılığı ilə növbəti “Qarabağ Forumu” keçirilib. APA-nın məlumatına görə, tədbirdə DUİ-yə daxil olan partiyalarla yanaşı AMİP, Azərbaycan İslam Demokrat, Milli Dövlətçilik və digər partiyaların sədrləri, politoloqlar iştirak edib.

Tədbirdə DUİ-yə daxil olan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu deyib ki, Astana Sammiti Qarabağ probleminin həlli ilə bağlı gözləntilərin özünü doğrulmadığını bir daha göstərib.

Tədbirdə çıxış edən partiya sədrləri və politoloqlar Azərbaycan-Ermənistan münaqişəsinin həll olunması ilə bağlı müxtəlif təkliflər səsləndiriblər.

Qeyd edək ki, bu, DUİ-nin təşkilatçılığı ilə keçirilən 14-cü “Qarabağ Forumu”dur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR