Bank Of Baku

Dekabrın 26-da Müsavat Məclisinə yeni sədr seçiləcək

Dekabrın 26-da Müsavat Məclisinə yeni sədr seçiləcək
# 06 dekabr 2010 15:19 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, Məclisin növbəti sessiyası dekabrın 26-da keçirilsin və Məclis sədri vəzifəsinə seçki ilə yanaşı, Divan və Məclis üzvlüyünə əlavə seçki keçirilsin. İddiaçıların ərizələri 20 dekabr 2010-cu il tarixində saat 18:00-dək qəbul olunacaq.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə real müxalifətin inteqrasiyasının dərinləşməsinin zəruriliyi yönündə müzakirələr davam etdirilib.

Toplantıda ATƏT-in Astana sammiti haqda da geniş müzakirə aparılıb. Qeyd olunub ki, bu sammitdə Qarabağ münaqişəsi də daxil olmaqla, münaqişələrin həlli yönündə heç bir müsbət addım atılmayıb.

Sonda cari məsələlərə baxılıb.

Qeyd edək ki, Müsavat Məclisinin sədri Sülhəddin Əkbər partiyanın strateji kursu ilə razılaşmadığını əsas gətirərək, İbrahim İbrahimli isə partiya rəhbərliyinin ona etimad göstərmədiyini bildirərək partiyadan istefa veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR