Bank Of Baku

Əli Əhmədov: ““WikiLeaks” saytının Azərbaycana aid materialları vaxtilə ölkənin müxalifət qəzetlərində çap olunmuş uydurma yazılardır”

Əli Əhmədov: ““WikiLeaks” saytının Azərbaycana aid materialları vaxtilə ölkənin müxalifət qəzetlərində çap olunmuş uydurma yazılardır”
# 07 dekabr 2010 11:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədovun fikrincə, ayrı-ayrı diplomatik korpusların rəhbərləri fəaliyyət göstərdikləri ölkələrdə çap olunan qəzetləri də izləyir, digər yazılı hesabatlarla yanaşı, KİV-də yayılan xəbərlər əsasında da hesabatlar hazırlayaraq ölkələrinə göndərirlər: “Ancaq reallıq bundan ibarətdir ki, Azərbaycan mətbuatının əhəmiyyətli bir hissəsinin, xüsusilə də Azərbaycan müxalifətinin nəzarətində olan qəzetlərin səhifələrində yer alan məlumatlar həqiqətə uyğun olmur. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, vaxtilə Azərbaycanın müxalifət qəzetlərində yer almış həqiqətə uyğun olmayan materiallar ABŞ səfirliyinin nümayəndələri tərəfindən Azərbaycanla bağlı real materiallar adı altında hesabata salınaraq ABŞ-a göndərilib. Beləliklə, onlar öz ölkələrini də çətin duruma salıblar”.

“WikiLeaks” saytının Azərbaycanla yanaşı, digər dövlətlər haqqında da məlumatlar yaydığını xatırladan Ə. Əhmədov hesab edir ki, həmin ölkələrdə ABŞ-ın diplomatik korpusunun nümayəndələrinə etimadsızlıq yaranacaq: “Ancaq güman edirəm ki, bu, ölkələr arasındakı münasibətlərə ciddi təsir göstərməməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR