Bank Of Baku

Əli Əhmədov: “Azərbaycan müxalifətində çox ciddi dəyişikliklərə ehtiyac var”

Əli Əhmədov: “Azərbaycan müxalifətində çox ciddi dəyişikliklərə ehtiyac var”
# 07 dekabr 2010 12:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bu gün həqiqət ondan ibarətdir ki, Azərbaycan müxalifətinin radikal qanadı Azərbaycan cəmiyyətinin əksəriyyətinin xoş münasibət bəsləmədiyi bir quruma çevirib. Əslində bu qurum lazımsız bir quruma, Azərbaycandakı siyasi proseslərin bir tullantısına çevrilib. Hesab edirəm ki, bu, Azərbaycan müxalifətinin digər hissəsini ciddi şəkildə düşündürməlidir. Bu problem üzərində düşünənlər onlarla öz münasibətlərini aydınlaşdırmaq qərarına gəliblər. Bu aydınlaşmanın hansı formada həyata keçirildiyi də bilinir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan müxalifətində çox ciddi dəyişikliklərə ehtiyac var: “Dəfələrlə seçkilərdə iştirak edən və iştirak etdiyi bütün seçki kampaniyalarını uduzanların mütləq şəkildə yeniləşməsinə ehtiyac var. Əgər kimlərsə bunu dərk etmirsə, bu yeniləşməyə hazır deyilsə, təbii ki, onların bu inadkarlığı və real proseslərə obyektiv qiymət verə bilməmələri nəticə etibarilə siyasi partiyalarda çox ciddi böhran meyllərinin baş qaldırmasına gətirib çıxaracaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR