Bank Of Baku

Milli Məclisi beynəlxalq təşkilatlarda təmsil edəcək nümayəndə heyətlərinin tərkibinin müəyyənləşdirilməsinə başlanıb

Milli Məclisi beynəlxalq təşkilatlarda təmsil edəcək nümayəndə heyətlərinin tərkibinin müəyyənləşdirilməsinə başlanıb
# 07 dekabr 2010 14:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli Məclisini (MM) beynəlxalq təşkilatlarda təmsil edəcək nümayəndə heyətlərinin tərkibinin müəyyənləşdirilməsinə başlanıb. Bu barədə APA-ya MM-in mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən bildirilib ki, tərkibin müəyyənləşdirilməsi işi başa çatdıqdan sonra müvafiq əmrlə nümayəndə heyətlərinin rəhbərləri təyin olunacaq: “Yaxın günlərdə bu məsələ həllini tapacaq. Çünki Milli Məclis beynəlxalq əlaqələrə önəm verir”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisi ATƏT-in Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası, NATO Parlament Assambleyası və digər beynəlxalq təşkilatlarda nümayəndə heyəti ilə təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR