Bank Of Baku

Fuad Qəhrəmanlı: “Birləşmiş partiyada Əli Kərimlinin sədr olması ideyasını AXCP-nin yox, Müsavatın funksionerləri gündəmə gətirib”

Fuad Qəhrəmanlı: “Birləşmiş partiyada Əli Kərimlinin sədr olması ideyasını AXCP-nin yox, Müsavatın funksionerləri gündəmə gətirib”
# 08 dekabr 2010 09:43 (UTC +04:00)
AXCP-nin qurultayında çıxış edən İsa Qəmbər həmin təklifi dəstəklədiyini bildirib. Ancaq məsələ burasındadır ki, bəzən Elçibəy-Rəsulzadə yolunda olan təşkilatların bir araya gəlib birləşməsi ilə AXCP ilə Müsavat Partiyasının birləşməsini qarşı-qarşıya qoymaq təşəbbüsləri olur. Ancaq mahiyyət etibarı ilə bunlar zəncirvari bağlı proseslərdir”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, ölkədə yalnız AXCP-nin Müsavat Partiyası ilə birləşmək qərarı var, başqa elə bir təşkilat yoxdur: “Əgər yoxdursa, deməli, ilk növbədə bu qərarı vermiş qurumla Müsavatın birləşməsi öz həllini tapmalıdır. Bunun əksini iddia etmək, real olanı bir kənara itələyib “hamı eyni vaxtda bir araya gəlsin” yanaşması məsələni siyasi labirintə itələməkdir”.

F. Qəhrəmanlı qeyd edib ki, AXCP ilə Müsavat Partiyasının birləşəndən sonra Əli Kərimlinin sədr olması barədə məsələ indiyədək AXCP təmsilçiləri tərəfindən dilə gətirilməyib: “Əksinə, birləşmiş partiyada Əli Kərimlinin sədr olması ideyası zaman-zaman Müsavat Partiyasının funksionerləri tərəfindən gündəmə gətirilib. Bizim isə yanaşmamız bundan ibarətdir ki, önəmli olan sədr məsələsi deyil, əsası bu iki partiyanın bir araya gələrək vahid güc mərkəzinə çevrilməsidir. Kimin sədr seçilməsini birləşdirici qurultay müəyyənləşdirəcək. Sadəcə, ola bilsin ki, kimlərdəsə sədr qorxusu, ya da kompleksləri var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR