Azərbaycan Ali Məhkəməsi Eynulla Fətullayevin cəza müddətinin artırılması ilə bağlı məlumatlara aydınlıq gətirib
Məhkəmənin məlumatında bildirilib ki, bu qurumun məhkumun cəzanın artırılması və ya onun vəziyyətinin başqa cür ağırlaşdırılması haqqında qərar qəbul etmək səlahiyyəti yoxdur.
E. Fətullayevin barəsində bu ilin 11 noyabrında Plenumun qəbul etdiyi birinci qərarla məhkum haqqında xüsusi ittiham qaydasında iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarı ləğv edilib, həmin işin icraatına xitam verilib.
Plenumun ikinci qərarı ilə E. Fətullayevin barəsindəki kassasiya kollegiyasının qərarı yalnız iki ittiham üzrə hissəvi ləğv edilib, bu hissələrdə cinayət işinin icraatına xitam verilib. Həmin iş üzrə E. Fətullayev, həmçinin vergidən yayınma cinayətini törətdiyinə görə də 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bu cinayəti o, Yasamal Rayon Məhkəməsinin 2006-cı il 26 sentyabr tarixli hökmü ilə (həmin hökmlə E. Fətullayevə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib) tətbiq olunmuş şərti məhkumetmə dövründə törətdiyinə görə, Plenum hökmlərin məcmusu qaydasında cəzaların təyin edilməsini tənzimləyən cinayət qanunu normalarına əsaslanaraq (CM-in 67.1-ci maddəsi) məhkumun haqqında birinci hökmlə və sonuncu hökmlə təyin edilmiş cəzaları qismən birləşdirməklə onun üzərində qəti olaraq 2 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlayıb. Bu cəzanı tam çəkdiyini, habelə xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini nəzərə alaraq Plenum baxılmış işlər üzrə E. Fətullayevin həbsdən azad edilməsini qərara alıb.
Məlumatda bildirilib ki, Plenumun E. Fətullayevlə bağlı qəbul etdiyi qərar Avropa Məhkəməsinin bu ilin 22 aprelindəki qərarında müəyyən edilmiş tələblərə tam uyğundur. Plenumun qərarı ilə məhkuma istər vergidən yayınma cinayətinə görə, istərsə də hökmlərin məcmusu üzrə təyin edilmiş cəzaların müddətləri nəinki artırılmayıb, əksinə qəti cəzanın müddəti azaldılıb, bununla da məhkumun vəziyyəti yüngülləşdirilib.
E. Fətullayevin həbsdə saxlanılması onun cəzaçəkmə müəssisəsində törətdiyi başqa cinayətlə əlaqədar olub. Həmin cinayətlə bağlı yalnız birinci instansiya məhkəməsi tərəfindən baxılmış iş Ali Məhkəmə Plenumunun müzakirə predmeti olmayıb.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
Tramp: Hörmüz boğazından keçidə görə heç kim ödəniş tələb etməməlidir
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Azərbaycan və Slovakiya arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO
Prezidentin sosial media hesablarında Peter Pelleqrininin Azərbaycana səfərinə dair paylaşım edilib - VİDEO
Bakıda iki yol təmirə bağlanır
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
Gəncədə 5 nəfər yas mərasimində zəhərlənib
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
Tramp Hörmüz boğazından keçən gəmilərdən 20% rüsum almaq fikrindən imtina edib
Bakı Dairəvi, Baksol yolları və Nazim Hikmət küçəsində yol təmiri yekunlaşıb
İran parlamentinin 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir
İnterpolun axtardığı Azərbaycan vətəndaşı Monteneqroda saxlanılıb, ekstradisiya ediləcək
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Netanyahu İranı hücum edəcəkləri təqdirdə, “daha güclü” cavab veriləcəyi ilə hədələyib
“AFB Bank”ın gəlirləri artıb
Türkiyə Netanyahunu axtarışa verib
Yarım milyonluq dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azərbaycan beynəlxalq axtarışa verilən Türkmənistan vətəndaşını ekstradisiya edib
Rusiya Ukraynanın iki quru yük gəmisini və tankerini vurub
"Beşiktaş" Leandro Trossardı transfer edib
Ukrayna Rusiya FTX-yə məxsus helikopter meydançasının olduğu gəmini batırıb
Slovakiya Azərbaycanla qaz tədarükünə dair uzunmüddətli müqavilə bağlamaq niyyətindədir
“Premium Bank”ın nağd vəsaitləri azalıb
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub
BŞİH başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyəti təkmilləşdirilib
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb
Sahibə Qafarova Qətərin sabiq Əmirinin dəfn mərasimində iştirak üçün Dohaya gedib - YENİLƏNİB
MİQ imtahanının ilk günündə 8024 namizəd dəvət olunub, 95% davamiyyət qeydə alınıb - YENİLƏNİB
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Unibank ikinci rübün maliyyə nəticələrini açıqlayıb
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoyub
İranda partlayışlar baş verir, ölənlər var - YENİLƏNİB-1
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
Rusiya gəmilərə hücumlardan sonra Türkiyənin Ukraynaya sərt siqnal göndərəcəyinə ümid edir
Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb
Deputat: Prezident Şuşa Forumunda Azərbaycanın enerji siyasətinin strateji əhəmiyyətini açıqladı
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB-1
Şuşa Qlobal Media Forumu FOTOLARDA
Avropa Komissiyasının Prezidenti sabah Kiyevə səfər edəcək
FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub - VİDEO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib