Bank Of Baku

Sərdar Cəlaloğlu: “AXCP ilə Müsavat Partiyasının birliyi alınmır və çox güman ki, alınmayacaq”

Sərdar Cəlaloğlu: “AXCP ilə Müsavat Partiyasının birliyi alınmır və çox güman ki, alınmayacaq”
# 09 dekabr 2010 09:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “AXCP ilə Müsavat Partiyasının birləşməsinin alınmayacağı ondan bəlli olur ki, tərəflər konkret şəkildə öz əsas maraqlarını ortaya çıxarmırlar. Ona görə də bu birlik alınmır və çox güman ki alınmayacaq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, demokratiya yalnız siyasi partiyaların yaranmasını yox, həm də fəaliyyətin əlaqələndirilməsini və inteqrasiyanı tələb edir: “İndiki halda ictimai rəyin diqqətini bu birləşmə prosesinə cəlb etmək bütünlükdə müxalifətin daha geniş qüvvələrini və onların səylərini birləşdirməyə mane olur. Seçkidən sonra gündəmi AXCP-Müsavat birliyi ilə bağlı məlumatların tutması düzgün deyil. Çünki seçki əsas mövzu olmalıdır. Yeri gəlmişkən, bu iki partiya seçki zamanı namizəd məsələsində də konsensusa gələ bilməmişdilər”.

S. Cəlaloğlu tövsiyə edib ki, birləşmə prosesi qısa müddət ərzində həyata keçirilməlidir, əks halda problemlər ortaya çıxır: “Açığı, ictimai rəy bu birləşməyə hazır idi. Bu gün Azərbaycanda real birləşməsi mümkün olan partiyalar da bunlardır. Bu qüvvələrin ayrı-ayrı partiyalar şəklində fəaliyyətinin heç bir əsası yoxdur”.

Müsavat Partiyasındakı istefalara da münasibət bildirən S. Cəlaloğlunun sözlərinə görə, siyasi təşkilat müəyyən uğursuzluğa düçar olanda mütləq itkiyə məruz qalır: “Sülhəddin Əkbər və İbrahim İbrahimlinin istefalarının səbəbi heç də AXCP ilə Müsavat Partiyasının birləşməsi məsələsi deyil. Əgər onlar Müsavata etiraz edirdilərsə, AXCP-yə keçəydilər. Lakin oraya getməyiblər və siyasətdən gediblər. Bu, seçkidən sonrakı depressiyadır. Təbii ki, hər ikisinin Naxçıvan əsilli olması cəmiyyətdə və siyasi dairələrdə müəyyən suallar doğurur. Bunu seçki uğursuzluğu hesab edirəm. Birləşmə məsələsini isə bəhanə sayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR